
Bakı. Trend:
Böyük Britaniyada mərhum kraliça II Yelizavetanın gəlini, Kent
hersoginyası Ketrin 92 yaşında vəfat edib.
Trend xəbər
verir ki, bu barədə Bukingem sarayı açıqlama yayıb.
“Dərin hüznlə Bukingem sarayı əlahəzrət Kents hersoginyasının
vəfatını elan edir”, – deyə sarayın rəsmi bəyanatında deyilir.
Qeyd olunur ki, Kent hersoginyası 5 sentyabr gecəsi ailəsinin
əhatəsində vəfat edib. Ölüm səbəbi açıqlanmayıb.
Hersoginya Ketrin kral ailəsinin ən yaşlı üzvü idi. O, mərhum
kraliça II Yelizavetanın əmisi oğlu, Kent hersoqu şahzadə Edvardla
evli idi. Ketrin həyatı boyu musiqiyə böyük maraq göstərirdi. O,
Hol şəhərində ibtidai məktəbdə musiqi fənnindən dərs deyirdi və
şagirdlər onun kral ailəsinə mənsub olduğunu bilmirdilər.

