ABŞ narkotik kartelləri ilə mübarizə üçün Puerto-Rikoya döyüş təyyarələri göndərəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ komandanlığı Vaşinqtonun Latın Amerikası narkotik
kartellərinə qarşı gücləndirdiyi mübarizə ilə əlaqədar
Puerto-Rikoya 10 F-35 qırıcı-bombardmançı göndərmək qərarına
gəlib.

Trend-in
məlumatına görə, bu barədə “New York Post” qəzeti mənbələrə
istinadən xəbər verib.




“Tramp administrasiyasına yaxın mənbəyə görə, Karib dənizi
regionunda Amerika hərbi varlığını artıracaq döyüş təyyarələrinin
gələn həftə gəlməsi gözlənilir”, – deyə nəşr bildirib.

Bundan əvvəl Amerika KİV-ləri Trampın açıqlamadan ABŞ Silahlı
Qüvvələrindən Latın Amerikası narkotik kartellərinə öz ərazisindən
kənarda zərbələr endirmək üçün istifadə etməsi əmri verdiyini
yazmışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir