Səudiyyə Ərəbistanı “OPEK plyus” üzvlərinin neft hasilatının artırılmasını təşviq edir

Baş səhifə

Bakı. Trend:

OPEC+ sazişinin liderlərindən biri olan Səudiyyə Ərəbistanı,
bazar payının bərpası üçün “OPEK plyus” iştirakçıları tərəfindən
neft hasilatının sürətlə artırılmasını təşviq edir.

Trend–in
məlumatına görə, bu barədə “Bloomberg” agentliyi mənbələrə
istinadən xəbər verib.




Səkkiz “OPEK plyus” ölkəsinin sutkada 2,2 milyon barrel olan
məhdudiyyət tranşlarından biri cari ilin aprelindən sentyabr ayına
qədər sürətlə bazara qaytarılıb. Hazırda 2026-cı ilin sonuna qədər
sutkada 1,65 milyon barel məhdudiyyəti qüvvədədir.