ABŞ Aİ-nin “Google”un cərimələnməsi qərarına cavab verəcək – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Aİ-nin ABŞ-nin “Google” şirkətini
3,5 milyard dollar cərimələmək qərarına cavab olaraq tədbir görməyə
məcbur olacağını bildirib.

Trend-in
məlumatına görə, bu barədə D.Tramp “Truth Social” sosial
şəbəkəsində yazıb.




“Bu gün Avropa başqa bir böyük Amerika şirkəti olan “Google”u
3,5 milyard dollar cərimə ilə zərbə vurub və fakitiki olaraq
Amerika sərmayəsinə və iş yerlərinə gedəcək pulları əlindən aldı”,
– deyə o bildirib.

“Biz bunun parlaq və misli görünməmiş Amerika ixtiraçılığı ilə
baş verməsinə icazə verə bilmərik və bu baş verərsə, mən vergi
ödəyən bu Amerika şirkətlərinə qarşı tətbiq edilən ədalətsiz
cəzaları neytrallaşdırmaq üçün [1974-cü il Ticarət Aktının] 301-ci
bölməsi üzrə icraat başlatmağa məcbur olacağam”, – deyə D.Tramp
qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir