Tramp ABŞ Müdafiə Nazirliyinin adının dəyişdirilməsi ilə bağlı fərman imzalayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adının Müharibə
Nazirliyinə dəyişdirilməsi ilə bağlı fərman imzalayıb.

Trend-in
məlumatına görə, bu barədə D.Tramp fərmanı imzalamadan əvvəl Ağ
Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.




“Düşünürəm ki, bu, xüsusilə dünyanın indiki vəziyyəti nəzərə
alınmaqla daha uyğun bir addır”, – deyə o qeyd edib.

ABŞ prezidenti qeyd edib ki, Pentaqonun adının dəyişdirilməsinin
mümkünlüyü “bir neçə aydır” müzakirə olunub.