Şəmkirdə qayınata kürəkənini qətlə yetirib

Baş səhifə

Şəmkirdə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini V. Abdullazadə bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən V. Abdullazadəni aralarında baş verən münaqişə zamanı qayınatası S. Əsgərov bıçaqla vurub.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Qətlin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.