Futbolçular bu nəticəyə layiq deyillər – AFFA-nın baş katibi

Baş səhifə

Bakı. Trend:

Futbolçular bu nəticəyə və idarəçiliyə layiq deyillər.

Trend-in
məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Cahangir
Fərəcullayev Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində
Reykyavikdə İslandiya yığmasına 0:5 hesabı məğlub olduqları oyundan
sonra jurnalistlərə açıqlamasında deyib.




O, komandanın müdafiədə oynamasının düzgün olmadığını bildirib:
“İslandiya yığmasına hörmətlə yanaşırıq. İlk dəqiqələrdən müdafiədə
6-7 futbolçu ilə oynamamalıydıq”.

“Futbolçuların günahı yoxdur. Fernandu Santuş ev tapşırığını
düzgün yerinə yetirmədi. Sistem başdan səhv idi. O, bunun
məsuliyyətini anlamalıdır. Onun Azərbaycan xalqına, futboluna
yanaşması düzgün deyil. İndi onun matçdan sonrakı açıqlaması
maraqlıdır. Biz ondan düzgün fikirlərini gözləyirik. İstefa
verməsə, lazımi tədbirləri görəcəyik”, – deyə AFFA-nın baş katibi
qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir