Kürdəmirdə şadlıq sarayında yanğın olub

Baş səhifə

Bakı. Trend:

Kürdəmir rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Xırdapay
kəndində ümumi sahəsi 1400 m² (1-ci mərtəbəsi 600 m², 2-ci
mərtəbəsi 800 m²) olan ikimərtəbəli şadlıq sarayının sahəsi 20 m²
olan təsərrüfat otağında 1 ədəd elektrik lövhəsi, 1 ədəd
səsgücləndirici qurğu, 1 ədəd işıq tənzimləyicisi və 10 m² sahədə
yığılan plastik qablar yanıb. Şadlıq sarayı yanğından mühafizə
olunub.




Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.