Santuş istefa verməsə tədbir görəcəyik – AFFA-nın baş matibi

Baş səhifə

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin ilk matçında İslandiyaya məğlub olub – 0:5.

Modern.az xəbər verir ki, oyundan sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlama verib.

Qurum rəsmisi bildirib ki, bu nəticədən sonra baş məşqçi ilə yollar ayrılmalıdır: “Biz Fernandu Santuşdan istefa gözləyirik. O, mətbuat konfransında istefa verməsə, bu haqda tədbir görüləcək”.

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını sentyabrın 9-da Ukrayna yığmasına qarşı keçirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir