
Bakı. Trend:
Avropa İttifaqının nümayəndələri sentyabrın 8-də Birləşmiş
Ştatlara səfər zamanı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə
edəcəklər.
Trend xəbər verir
ki, bu barədə “Associated Press” öz mənbələrinə istinadən məlumat
yayıb.
“Avropalı rəsmi şəxslərdən ibarət komanda bazar ertəsi Rusiyaya
qarşı müxtəlif iqtisadi təzyiq formalarını, o cümlədən,
sanksiyaları müzakirə etmək üçün ABŞ Maliyyə Nazirliyinə baş
çəkəcəklər”, – deyə məlumatda qeyd olunur.
Məlumata əsasən, nümayəndə heyətinə Avropa İttifaqının sanksiya
məsələləri üzrə nümayəndəsi David O’Sallivan başçılıq edəcək.