“İstefa verməsə, lazımi tədbirləri görəcəyik” –

Baş səhifə

“Futbolçular bu nəticəyə və idarəçiliyə layiq deyillər”.

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Cahangir Fərəcullayev Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində Reykyavikdə İslandiya yığmasına 0:5 hesabı məğlub olduqları oyundan sonra deyib.

O, komandanın müdafiədə oynamasının düzgün olmadığını bildirib: “İslandiya yığmasına hörmətlə yanaşırıq. İlk dəqiqələrdən müdafiədə 6-7 futbolçu ilə oynamamalıydıq”.

“Futbolçuların günahı yoxdur. Fernandu Santuş ev tapşırığını düzgün yerinə yetirmədi. Sistem başdan səhv idi. O, bunun məsuliyyətini anlamalıdır. Onun Azərbaycan xalqına, futboluna yanaşması düzgün deyil. İndi onun matçdan sonrakı açıqlaması maraqlıdır. Biz ondan düzgün fikirlərini gözləyirik. İstefa verməsə, lazımi tədbirləri görəcəyik”, – deyə AFFA-nın baş katibi qeyd edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir