Beyləqanda daha bir yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Baş səhifə

Bakı. Trend:

Sentyabr ayının 5-də Beyləqan rayonunun Baharabad qəsəbəsinin
ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları
tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib
ki, araşdırmalarla yanğını 61 yaşlı Nurəddin Arifovun törətdiyi
müəyyən olunub.




Hadisə nəticəsində 2 hektar ərazidə əkin sahəsi yanıb.

N.Arifov barəsində inzibati qanunvericiliyə uyğun 400 manat
məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.