Biləcəridə yük maşını avtomobilin üzərinə aşıb, xəsarət alanlar var – YENİLƏNİB – VİDEO

Baş səhifə

Biləcəri qəsəbəsində, Sumqayıt istiqamətində yolda qəza baş verib.

APA-nın xəbərinə görə, yük maşını yol ötürücüsündən avtomobilin üzərinə aşıb.

Xəsarət alanların olduğu bildirilir.

***

10.19

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Əlavə məlumat veriləcək.