Demensiyanın inkişafına yol açan “gizli faktor” müəyyən edilib

Baş səhifə

Bakı. Trend:

Havanın nəqliyyat vasitələri, sənaye tullantıları və meşə
yanğınları zamanı ayrılan xırda dispers hissəciklərinin (PM2.5)
uzunmüddətli təsiri Levi cisimcikləri ilə müşayiət olunan
demensiyanın inkişafı ilə əlaqələndirilib.

Trend xəbər verir
ki, bu haqda elmi məqalə “Nature” jurnalında dərc olunub.

Aparılan tədqiqat 56 milyondan çox insanın məlumatlarını əhatə
edib.




Alimlər müəyyən ediblər ki, çirkli hava özlüyündə bu tip
demensiyalara səbəb olmur, lakin genetik meyilliliyi olan
insanlarda onların inkişafını əhəmiyyətli dərəcədə
sürətləndirir.

Təhlil göstərib ki, PM2.5 səviyyəsi yüksək olan ərazilərdə
yaşayanlarda Levi cisimcikli ağır demensiya ilə xəstəxanaya düşmə
riski 12 faiz artır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir