
Bakı. Trend:
İngiltərənin Liverpul şəhərində kişi və qadın boksçular arasında
dünya çempionatı davam edir.
Boks Federasiyasından Trend-ə bildirilib ki, mundialın ikinci günündə
Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.
Sübhan Mamedov (50 kiloqram) 1/16 finalda Fredelin De Los
Santosla (Dominikan Respublikası) üz-üzə gəlib. Boksçumuz rəqibini
4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.
O, 1/8 finalda Samet Gümüşlə (Türkiyə) qarşılaşacaq. Döyüş
sentyabrın 9-da olacaq.
Qeyd edək ki, daha öncə Zaur Qəhrəmanovla (65 kiloqram)
Səidcəmşid Cəfərov (75 kiloqram) da mərhələ adlayıb. Mundialın
üçüncü günündə millimizin bir boksçusu rinqə çıxacaq.