
Bakı. Trend:
Məlumat verildiyi kimi, paytaxtın Binəqədi rayonu, Biləcəri
qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş verib və dərhal
əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə
xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, avtoqəza nəticəsində xilasedicilər tərəfindən
avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfərin meyiti çıxarılaraq
aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən
ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma
aparılır.
XXX
11:03
Sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri
körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin
90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik
avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş
verib.
Trend
xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat
yayıb.
Bildirilib ki, qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər
müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
XXX
TƏBİB-dən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki,
06.09.2025-ci il tarixində saat 09:40 radələrində Binəqədi rayonu,
Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi
səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə
çağırış daxil olub.
Çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası
ünvana cəlb olunub.
Hazırki məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın cinsli) tibb
müəssisəsinə hospitalizasiya olunur.
1 nəfərin (kişi cinsli) hadisə yerində həkiməqədər ölüm faktı
qeydə alınıb.
Əlavə məlumat veriləcək.

