
Bakı. Trend:
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya
müsahibələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə
göndərilib.
Trend
xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resurları
Mərkəzi məlumat yayıb.
Bildirilib ki, apellyasiya müsahibələri 8 sentyabr tarixində
onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil
olunacaq.
Qeyd edilib ki, müsahibə linki 7 sentyabr tarixində namizədlərin
şəxsi səhifələrində qeyd olunan elektron poçt ünvanlarına
göndəriləcək.