
Bakı. Trend:
Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək
futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “Slovenia
Nations Cup” yoldaşlıq turnirində ikinci oyununa çıxıb.
Trend xəbər
verir ki, U-19 Farer adalarının müvafiq yaş qrupundan ibarət
komandası ilə qarşılaşıb.
“Çatej” stadionunda keçirilən görüş Elxan Abdullayevin
yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın
heyətində qolları 21-ci dəqiqədə Rauf Qafarov və 57-ci dəqiqədə
Eltun Babazadə (penalti) vurublar.
Millimiz oyunu aşağıdakı heyətlə keçirib:
22. Ayxan Abbaszadə, 4. Məsud Əlişanlı, 5. Əlibəy Mahmudov (21.
Ömər Həsənli, 63), 6. Ramin Avazov (7. Ziya Şəkərxanov, 46), 8.
Əliəkbər Rzazadə, 9. Nihad Orucəli, 10. Şahin İbrahimov (14. Əhməd
Vəliyev, 67 / 15. Röyal Fərzullazadə, 90), 11. Mehdi Mütəllimli
(20. Arzu Mədətov, 63), 17. Rauf Qafarov, 18. Həzrət Səmədov (3.
Vüsal Paşayev, 46), 19. Eltun Babazadə.
Qeyd edək ki, beynəlxalq turnir çərçivəsində ilk oyununda
İslandiya yığmasını 2:1 hesabı ilə məğlub edən U-19 növbəti matçını
sentyabrın 9-da Polşa seçməsinə qarşı keçirəcək.