
Bakı. Trend:
Azərbaycan və Qətərin biznes subyektləri arasında tərəfdaşlıq
münasibətlərinin genişləndirilməsi məsələləri müzakirə edilib.
Trend xəbər
verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial
şəbəkəsindəki hesabında bildirib.
Nazir Qətərə səfəri çərçivəsində bu ölkənin İnvestisiya
Qurumunun baş icraçı direktoru Məhəmməd Saif Əl-Suveydi ilə
görüşüb. Görüş zamanı Qətərlə birgə investisiya fəaliyyətinin
gücləndirilməsi üçün böyük imkanlar olduğunu qeyd edilib.
“Qarşılıqlı sərmayə qoyuluşu, potensial birgə layihələr, hər iki
ölkənin biznes subyektləri arasında tərəfdaşlıq münasibətlərinin
genişləndirilməsi kimi məsələləri müzakirə etdik”, – deyə
M.Cabbarov bildirib.