
Bakı. Trend:
Azərbaycanın daha dörd cüdoçusu Slovakiyanın paytaxtı Bratislava
şəhərində keçirilən gənclər arasında Avropa çempionatında
mübarizəyə start verib.
Trend xəbər
verir ki, yarışın üçüncü günündə Aslan Kotsoyev ( 90 kiloqram ),
Davud Namazlı (100 kiloqram), Süleyman Şükürov (100 kiloqram) və
Nigar Süleymanova (78 kiloqram) qüvvələrini sınayıblar.
A.Kotsoyev 1/8 finalda, digərləri isə ilk görüşlərdə məğlub
olublar.
Sentyabrın 7-də Avropa çempionatında komanda yarışları baş
tutacaq.
Daha əvvəl Nihad Məmişov (60 kiloqram) və Məhəmməd Musayev (57
kiloqram) qızıl, Nizami İmranov (66 kiloqram) bürünc medal
qazanıblar.