
Türkiyədə bir gün əvvəl barəsində sərbəst buraxılma qərarı verilən Beykoz bələdiyyə sədri Alaattin Köselerlə bağlı yeni qərar qəbul edilib.
APA-nın İstanbul bürosunun xəbərinə görə, İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu CHP-dən olan Beykoz bələdiyyəsinin sədri Alaattin Köselerin azadlığa buraxılması ilə bağlı qərarı dəyişib.
A.Köselerin yenidən həbs olunmasına qərar verilib.
Dəryanur Cəfərova