Qəzzada son bir ayda 15 jurnalist həlak oldu

Baş səhifə

Fələstin Jurnalistlər Birliyinin Azadlıq Komitəsi 2025-ci ilin avqustunda İordan çayının qərb sahilində və Qəzza zolağında İsrailin jurnalistləri hədəf alan pozuntuları ilə bağlı hesabatını hazırlayıb.

Metbuat.az WAFA-ya istinadən xəbər verir ki, İsrail avqust ayında jurnalistləri hədəf alan 86 qanun pozuntusuna yol verib və İsrailin Qəzzaya hücumları nəticəsində 3-ü qadın olmaqla 15 jurnalist ölüb, 9-u yaralanıb.

Avqustun 10-da Qəzza şəhərindəki Şifa xəstəxanasının həyətində altı jurnalistin ölümü ilə nəticələnən hücum və avqustun 25-də Xan Yunusdakı Nasser xəstəxanasına beş jurnalistin ölümü ilə nəticələnən hücum olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir