
Bakı. Trend:
Avstraliyanın Sidney şəhərinin sahillərində köpəkbalığı 57 yaşlı
təcrübəli sörfçü Merkuri Psillakisa hücum edib.
Trend xəbər verir
ki, bu barədə The Sydney Morning Herald nəşri məlumat yayıb.
Hadisə nəticəsində idmançının hər iki ayağı qopub və o, suda
həyatını itirib. Cəsədi digər sörfçülər sahilə çıxarıb.
Hadisə sentyabrın 6-da yerli vaxtla saat 10:00-da (Bakı vaxtı
ilə 04:00-da) Lonq-Rif çimərliyi yaxınlığında baş verib.
Polisin açıqlamasına görə, Psillakis dostları ilə birlikdə
sahildən təxminən 100 metr məsafədə sörfinqlə məşğul olarkən qəfil
köpəkbalığının hücumuna məruz qalıb. Yırtıcı əvvəlcə sörfinq
taxtasını parçalayıb, daha sonra isə idmançının ayaqlarını
qoparıb.
Mərhumun həyat yoldaşı və kiçik qızı qalıb. Polis hadisə yerində
idmançının bədən hissələrinin axtarışını davam etdirir.