Ağcabədidə ağır yol qəzası baş verib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ağcabədidə iki minik avtomobilinin toqquşması nəticəsində
xəsarət alanlar olub.

Trend-in Qarabağ
bürosunun məlumatına görə, hadisə Hindarx–Borsunlu avtomobil
yolunun Poladlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı, 10 GK 042 dövlət nömrə
nişanlı avtomobil ilə “VAZ-21011” markalı, 60 BD 542 dövlət nömrə
nişanlı avtomobil toqquşub.




Qəza nəticəsində “VAZ”da olan 1962-ci il təvəllüdlü Pənah
Nəcəfov və sürücü, 1965-ci il təvəllüdlü Filman Xuduyev ağır
xəsarətlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir