ABŞ ilə nüvə danışıqları vasitəçilər üzərindən davam edir – Tehran

Baş səhifə

Bakı. Trend:

Rəsmi Tehran və Vaşinqton nüvə proqramı ilə bağlı böhranın həlli
məsələsində vasitəçilər üzərindən mesaj mübadiləsini davam
etdirir.

Trend-in “Tasnim”ə
istinadən xəbərinə görə, bunu İranın Xarici İşlər Nazirliyinin
rəhbəri Abbas Əraqçi bildirib.

Əraqçi qeyd edib ki, ABŞ qarşılıqlı hörmət əsasında danışıqlara
hazır olduğu gün İran da buna hazır olacaq:
“Hüquqlarımıza və maraqlarımıza hörmət edilməlidir.”




Nazirin sözlərinə görə, Tehran əvvəlki şərtlərlə danışıqlar
masasına qayıtmayacaq, mövcud vəziyyəti nəzərə alaraq yeni çərçivə
üzərində razılaşmaq lazım gələcək.

O həmçinin vurğulayıb ki, Avropa ölkələri ilə də BMT
Təhlükəsizlik Şurasının anti-İran sanksiyalarının bərpası təşəbbüsü
ilə bağlı danışıqlar aparılır:
“Böyük Britaniya, Almaniya və Fransa böyük səhv edərək ‘snapback’
mexanizminə müraciət etdilər. Bu, vəziyyəti daha da
mürəkkəbləşdirdi. Danışıqlar davam edir və ümid edirəm ki,
qarşılıqlı anlaşmaya nail olacağıq.”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir