
Bakı. Trend:
İspaniyanın Sevilya əyalətində silahlı insident baş verib.
Trend EFE
agentliyinə istinadla xəbər verir ki, Karmona bələdiyyəsinə bağlı
Los Nietos yaşayış massivindəki barda naməlum şəxslərin açdığı atəş
nəticəsində iki nəfər ölüb, bir nəfər isə yaralanıb.
Şahidlərin sözlərinə görə, iki silahlı şəxs bara daxil olaraq
atəş açıb. İlkin məlumata əsasən, ölənlərdən biri müəssisənin
sahibi, digəri isə cinayətkarları dayandırmağa çalışan ziyarətçi
olub.
Hücumdan sonra silahlılar hadisə yerindən qaçaraq şəhər
istiqamətində gizləniblər. Onların axtarışı davam etdirilir.
Hadisə ilə bağlı Mülki Qvardiya araşdırmaya başlayıb.