Estoniya Ukrayna hərbçilərinin hazırlığı üçün Polşaya hərbi təlimatçılar göndərib

Baş səhifə

Estoniya Ukrayna əsgərlərinin hazırlanması məqsədilə Polşaya peşəkar hərbçilərdən və ehtiyatda olan təlimatçılardan ibarət bölmə göndərib.

APA xəbər verir ki, bu barədə Estoniyanın ERR dövlət teleradiosu məlumat yayıb.

Məlumata görə, 10 nəfərə qədər şəxsdən ibarət bölmə “Legio” proqramı çərçivəsində göndərilib.

Qeyd edilir ki, Ukraynada müharibə başladığı vaxtdan indiyədək estoniyalı təlimatçılar 2 mindən çox Ukrayna hərbçisinə təlim keçiblər.