Səmərqənddə “Grand Swiss”: Azərbaycan şahmatçılarından uğurlu çıxışlar

Baş səhifə

Bakı. Trend:

Səmərqənddə keçirilən şahmat üzrə beynəlxalq “Grand Swiss”
turnirində Azərbaycan təmsilçiləri mübarizəni davam etdirirlər.

Trend xəbər verir
ki, ölkəmizi yarışda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın
Süleymanlı, Məhəmməd Muradlı, Ülviyyə Fətəliyeva, Gövhər
Beydullayeva və Xanım Balacayeva təmsil edir.

Üçüncü turda Məmmədyarov, Məmmədov və Balacayeva qələbə qazanıb.
Muradlı, Süleymanlı və Fətəliyeva oyunlarını heç-heçə ilə başa
vurublar, Beydullayeva isə məğlub olub.




Turnir cədvəlində kişilər arasında azərbaycanlı şahmatçılardan
ən yaxşı nəticə Aydın Süleymanlıya məxsusdur – 2 xal və 11-ci yer.
Məmmədyarov da 2 xal toplayıb, lakin hazırda 31-ci sıradadır.
Qadınlar arasında isə Ülviyyə Fətəliyeva 2 xalla 11-ci yerdə
qərarlaşıb.

Qeyd edək ki, yarışda ümumilikdə 172 şahmatçı iştirak edir,
mükafat fondu isə 855 min dollar təşkil edir.