
Bakı. Trend:
Çin “Yaogan-40” uzaqdan zondlama peyklərinin üçüncü qrupunu
orbitə çıxarıb.
Trend-in
məlumatına görə, bu barədə Çin Aerokosmik Elm və Texnologiya
Korporasiyası (CASC) xəbər verib.
Bildirilib ki, buraxılış uğurla baş tutub.
CASC-nin WeChat səhifəsi qeyd edib ki, buraxılış Pekin vaxtı ilə
saat 00:34-də (Şənbə günü Bakı vaxtı ilə saat 20:34-də) Şansi
əyalətinin şimalındakı Tayyuan Peyk buraxılış Mərkəzindən baş
verib. Kosmik aparatlar orbitə CZ-6A (Changzheng-6-ae) raketi ilə
çatdırılıb.
“Yaogan-40” peyklərinin elektromaqnit mühitinin öyrənilməsi və
bununla bağlı təcrübələrin aparılması üçün istifadə olunduğu
bildirilib.

