
Bakı. Trend:
Bu il peşə təhsili müəssisələrinə qəbul olanlar arasında Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv
İnkişaf və Yaradıcılıq Mərkəzinin həssas qruplardan olan
benefisiarları da var.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, Mərkəzdə rəqs istiqaməti üzrə təlimləri bitirən Aytac
Həziyeva Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil
Mərkəzinin Veb dizayn və proqram təminatı ixtisasına qəbul
olub.
Təsviri incəsənət istiqaməti üzrə təlimlərdə iştirak etmiş Ləman
Məmmədova təhsilini 1 nömrəli Bakı Tibb Kollecində Mamalıq işi
ixtisası üzrə davam etdirəcək.
Təsviri incəsənət üzrə təlimləri uğurla tamamlayan digər
benefisiar İbrahim Abdullayev isə 7 nömrəli Bakı Peşə Məktəbində
Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator
ixtisasında təhsil alacaq.