Yaponiyanın baş naziri istefa vermək qərarına gəlib

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın baş naziri Şiqeru İşiba istefa vermək
niyyətindədir.

Trend-in
məlumatına görə, bu barədə “NHK” televiziya kanalı xəbər verib.




Qeyd edilib ki, o, rəhbərlik etdiyi hakim Liberal Demokrat
Partiyasında parçalanmanın qarşısını almaq üçün bu qərarı
verib.

Bazar ertəsi partiya sədrinə növbədənkənar seçkilərin
keçirilməsi məsələsi ilə bağlı bütün hazırkı LDP deputatları və
bölgə partiya təşkilatlarının nümayəndələri arasında keçirilən
sorğunun nəticələrinə yekun vurulmalı idi. İyulda keçirilən
parlament seçkilərinin uğursuzluğundan sonra partiyada bir çox
insan İşibanın istefasını tələb edib.