
Bakı. Trend:
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA)
əməkdaşlıq etməsi istiqamətində yeni çərçivəyə ehtiyacı var.
Trend-in
məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi 6
sentyabrda İranın Azad və Ticarət Zonalarının İmkanları və
İnvestisiya Fürsətləri Milli konfransında deyib.
Onun sözlərinə görə, bu istiqamətdə Atom Enerjisi üzrə
Beynəlxalq Agentliklə müzakirələr başlanıb.
“İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik əməkdaşlıq üzrə
yeni çərçivənin əldə olunmasına yaxınlaşıb”, – deyə o qeyd
edib.
Qeyd edək ki, İsrail və ABŞ tərəfindən İranın nüvə obyektlərinə
zərbələrin endirməsindən sonra İran AEBA ilə əməkdaşlığını
dayandırıb.