
Bakı. Trend:
Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər
arasında Avropa çempionatının sonuncu yarış günündə qarışıq
komandalar mübarizə aparacaq.
Trend-in
məlumatına görə, yarışda Azərbaycan komandası da çıxış edəcək.
Millimiz 1/4 final mərhələsindən mübarizəyə qoşulacaq və
Yunanıstan–İsveçrə duelinin qalibi ilə qarşılaşacaq.
Qarışıq komandalar üzrə görüşlər 6 çəki dərəcəsində (oğlanlar:
73 kq, 90 kq, +90 kq; qızlar: 57 kq, 70 kq, +70 kq) keçiriləcək.
Ümumilikdə 13 yığma komanda (132 cüdoçu) mübarizəyə qatılacaq.