
Türkiyənin “Beşiktaş” klubu İngiltərənin “Liverpul” komandasının hücumçusu Federiko Kyezanı transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano bildirib. Məlumata görə, İstanbul təmsilçisi 27 yaşlı futbolçu ilə əlaqə saxlayaraq onun mövqeyini öyrənib.
“Liverpul” Kyezanı icarəyə vermək niyyətində deyil, lakin futbolçunun mümkün transferi müzakirə oluna bilər.
Qeyd edək ki, Kyeza 2024-cü ilin avqustunda “Yuventus”dan “Liverpul”a keçib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.