İncəsənət məktəblərinə qəbul olunan şagirdlərin 7 mini dövlət sifarişi əsasında təhsil alacaq

Baş səhifə

Bakı. Trend:

İncəsənət məktəblərinə qəbul olunan şagirdlərin 7 mini dövlət
sifarişi əsasında təhsil alacaq.

Bu barədə Trend
Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik tərəfindən 2025-2026-cı tədris ili üzrə
incəsənət məktəblərinə şagird qəbulu aparılıb. Qəbul prosesində
minlərlə namizəd iştirak edib ki, bu da incəsənət təhsilinə böyük
marağın göstəricisidir.




Şagird qəbulu yerləri hər bir məktəbin müəllim potensialı,
tədris infrastrukturu nəzərə alınmaqla müəyyənləşdirilib.
Müraciətlərin dövlət sifarişli yerlərini dəfələrlə üstələdiyi
hallarda seçim yalnız ən yüksək nəticə göstərmiş iştirakçılar
arasında aparılıb:”Bu səbəbdən yüksək bal toplasa da, bütün
namizədlərin dövlət sifarişli yerlərə qəbul olunmaması obyektiv
zərurətdən irəli gəlir. Xüsusilə fortepiano ixtisasına 9 min 213
müraciətin olması iddiaçıların rəqabət miqyasını aydın şəkildə
nümayiş etdirir”.

Məlumatda vurğulanıb ki, şagirdlərin ixtisas seçimi zamanı bal
göstəriciləri ilə yanaşı, yaş həddi və təhsil sistemi üzrə müəyyən
edilmiş digər kriteriyalar da tətbiq olunub. Qəbul qaydaları
əvvəlcədən açıqlanıb və bütün iştirakçılar üçün eyni şəkildə tətbiq
edilib. Ən yüksək bal toplayan namizədlər tələb olunan
kriteriyalara düzgün cavab veriblərsə, qəbul olunublar.

Bununla yanaşı, namizədlərə əlavə imkanlar yaradılıb. Belə ki,
texniki səbəblər və ya yaş kriteriyası səbəbindən dövlət sifarişli
plan yerinə düşməyən yüksək nəticəli iştirakçılara, həmçinin 80 və
yuxarı bal toplayan, lakin dövlət sifarişli yerə qəbul olunmayan
namizədlərə ödənişli əsaslarla təhsil almaq imkanı təqdim edilib.
Eləcə də incəsənətə maraq göstərən uşaqlar məktəblərin nəzdində
fəaliyyət göstərən kurs və dərnəklərdən yararlana bilərlər. Bu
imkan həm də həvəskar şəkildə incəsənətlə məşğul olan uşaqların
yaradıcılıq bacarıqlarının dəstəklənməsinə xidmət edir. “İncəsənət
təhsilinin keyfiyyətinin artırılması, istedadlı uşaqların daha
erkən yaşda üzə çıxarılması və onların inkişafı istiqamətində
tədbirlər ardıcıl şəkildə davam etdiriləcək”, – deyə məlumatda qeyd
olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir