
Bakı. Trend:
“Red Bull” komandasının pilotu Maks Ferstappen Formula 1 üzrə
İtaliya Qran Prisinin qalibi olub.
Trend-in
məlumatına görə, “McLaren” pilotu Lando Norris ikinci, komanda
yoldaşı Oskar Piastri isə üçüncü olub.
“Ferrari” pilotu Şarl Lekler dördüncü, komanda yoldaşı Lyuis
Həmilton isə altıncı pillədə qərarlaşıb.
Ümumi sıralamaya 324 xalla Oskar Piastri başçılıq edir. Lando
Norris 293 xalla ikincidir. Maks Ferstappen 230 xalla üçüncü
yerdədir.

