ABŞ-nin biznes nümayəndə heyəti Bakı Limanına səfər edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

7 sentyabr tarixində AZCON Holding şirkətlərindən olan
“Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı”
MMC-nin direktoru Eldar Salahov ABŞ-Azərbaycan Ticarət Palatasının
(USACC) icraçı direktoru Natiq Baxışovla görüşüb.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanından Trend-ə verilən mməlumata
görə, görüş zamanı qonaqlara Limanın strateji mövqeyi, müasir
infrastruktur imkanları, yükaşırma göstəriciləri və müxtəlif yük
növlərinin daşınma prosesi barədə ətraflı məlumat verilib.




Qeyd olunub ki, Bakı Limanı beynəlxalq əməkdaşlıqların
genişləndirilməsi və Orta Dəhliz boyunca dayanıqlı logistika
həllərinin inkişafı üçün etibarlı tərəfdaşdır.

USACC nümayəndələri Bakı Limanının Orta Dəhliz üzrə
yükdaşımalarda mühüm rol oynadığını, qarşılıqlı əməkdaşlıqda
maraqlı olduqlarını bildiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir