Azərbaycanın cüdo millisi Avropa çempionatını üç medalla başa vurub

Baş səhifə

Bakı. Trend:

Slovakiyanın paytaxtı Bratislava şəhərində gənclər arasında
keçirilən cüdo üzrə Avropa çempionatı yekunlaşıb.

Trend-in
məlumatına görə, Azərbaycan komandası fərdi mübarizədə 3 medal
qazanıb.

Belə ki, ilk gündə Nihad Məmişov (60 kiloqram) və Məhəmməd
Musayev (57 kiloqram) qızıl, Nizami İmranov (66 kiloqram) bürünc
medala sahib olub.




Yığma turnirin son günündə qarışıq komanda yarışında çıxış edib
və beşinci olub.

Qeyd edək ki, sentyabrın 4-dən 7-dək keçirilən qitə
birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə
aparıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir