
Danimarkanın paytaxtı Kopenhagendə qadınlardan ibarət Azərbaycan millisinin də iştirak etdiyi basketbolun 3×3 növü üzrə Avropa Kubokunun oyunları keçirilir.
Modern.az xəbər verir ki, turnirin qrup mərhələsində qadın millimiz ilk oyunda Fransa üzərində 21:16, ikinci oyunda isə Ukrayna seçməsinə 21:14 hesabları ilə qalib gələrək, qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb. Milli 1/4 finalda Polşa yığmasını 16:13 hesabı ilə məğlub etdikdən sonra yarımfinalda son Avropa çempionu olan İspaniya üzərində 21:17 hesablı qələbə qazanaraq, 3×3 basketbol tariximizdə ilk dəfə olaraq finala vəsiqəni təmin edib.
Bildirək ki, həlledici görüşdə millimiz son dünya çempionu olan Niderland yığması ilə qarşılaşacaq. Oyun bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.