İstanbulda bir sıra rayonlarında mitinqlərin keçirilməsi qadağan edilib

Baş səhifə

Bakı. Trend:

Türkiyənin İstanbul vilayətinin bir sıra rayonlarında
mitinqlərin keçirilməsi qadağan edilib.

Trend-in
məlumatına görə, bu barədə İstanbul valiliyinin məlumatında
bildirilib.




Məlumata əsasən, sentyabrın 10-dək Beşiktaş, Beyoğlu,
Eyüpsultan, Kağıthane, Sarıyer və Şişli rayonlarında hər cür
mitinq, mətbuat açıqlaması, yürüşlər qadağan edilib.

Bildirilib ki, qadağa sentyabrın 7-dən saat 20:00-dan sentyabrın
10-u saat 23.59-a qədər qüvvədə olacaq.