
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart
Tokayevlə “gözəl söhbət” etdiyini və ölkəyə səfər ehtimalını
istisna etmədiyini bildirib.
Trend xəbər verir
ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Tramp jurnalistlərin Astanaya mümkün səfərlə bağlı sualını
cavablandırarkən:
“Mən bunu edə bilərəm”, – deyə cavab verib.
Amerika lideri Tokayev barədə danışarkən əlavə edib: “Onunla əla
söhbət etdim. Ona salam deyin. O, yaxşı insandır”.
Tramp bu açıqlamanı ABŞ Açıq tennis çempionatının kişilər
arasında finalına yola düşməzdən əvvəl Cənubi Qazonda jurnalistlərə
verib.