Tramp şərtlərinin qəbul edilməsi ilə bağlı HƏMAS-a xəbərdarlıq edib

Baş səhifə

ABŞ prezidenti Donald Tramp HƏMAS hərəkatından Qəzza zolağında münaqişənin həlli ilə bağlı onun şərtlərini qəbul etməyi tələb edib və bunun son xəbərdarlıq olduğunu vurğulayıb.

APA xəbər verir ki, Tramp bu haqda öz “Truth” hesabında məlumat verib.

“Hər kəs girovların evlərinə getməsini istəyir. Hamı müharibənin bitməsini istəyir. İsraillilər mənim şərtlərimi qəbul etdilər. Artıq HƏMAS-ın da onları qəbul etmək vaxtıdır. Mən HƏMAS-ı qəbul etməsələr, bunun nəticələri barədə xəbərdarlıq etmişəm. Bu mənim son xəbərdarlığımdır, başqa heç nə olmayacaq”, – Tramp yazıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir