PSJ-nin müdafiəçisi Qətər klubuna transfer olunub

Baş səhifə

Bakı. Trend:

“Paris Sen-Jermen”in 30 yaşlı mərkəz müdafiəçisi Prensel
Kimpembe Qətərdə karyerasını davam etdirəcək.

Trend xəbər verir
ki, ba barədə klubun mətbuat xidməti məlumat yayıb.




Futbolçu Asiya təmsilçisi ilə 2025/2026 mövsümünün sonunadək
müqavilə imzalayıb.

Kimpembe 2005-ci ildən PSJ akademiyasının yetirməsidir. O, əsas
komandada çıxdığı 241 rəsmi oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə
ilə yadda qalıb. Fransa millisinin sabiq üzvü Paris klubunda uzun
illər əsas müdafiəçilərdən biri olub.