ABŞ qeyri-immiqrasiya vizalarının alınması qaydalarını dəyişib

Baş səhifə

Amerika Birləşmiş Ştatları bütün qeyri-immiqrasiya vizalarının alınması qaydalarını dəyişərək, ərizəçilərdən vətəndaşı olduqları və ya yaşadıqları ölkədə müraciət etmələrini tələb edir.

APA xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

“ABŞ qeyri-immiqrasiya vizası üçün müraciət edənlər vətəndaşı olduqları və ya yaşadıqları ölkədəki ABŞ səfirliyində və ya konsulluğunda müsahibə təyin etməlidirlər”, bəyanatda deyilir.

Eyni zamanda, ABŞ-ın qeyri-immiqrasiya vizası vermədiyi ölkələrin vətəndaşları ərizələrini xüsusi təyin olunmuş səfirlik və ya konsulluğa təqdim etməlidirlər.