
Bakı. Trend:
Yeni gömrük rüsumlarının tətbiqindən sonra dünyanın müxtəlif
ölkələrindən 88 poçt operatoru ABŞ-yə poçt göndərişlərini
dayandırıb və ya məhdudlaşdırıb.
Trend xəbər verir
ki, bu barədə Ümumdünya Poçt İttifaqı (UPU) məlumat yayıb.
Bildirilir ki, nəticədə ABŞ ilə poçt mübadiləsi 81 faiz azalıb.
Daşımaları azaldan operatorlar arasında Deutsche Post (Almaniya) və
Royal Mail (Birləşmiş Krallıq) kimi qlobal poçt şirkətləri də yer
alır.
Qeyd edək ki, əvvəllər ABŞ-yə 800 dollara qədər şəxsi poçt
göndərişləri vergidən azad idi. İndi bu hədd 100 dollara
endirilib.

