Avropa liderləri Ukrayna ilə bağlı müzakirələr üçün ABŞ-yə səfər edəcək – Tramp

Baş səhifə

Bakı. Trend:

“Bəzi Avropa ölkələrinin liderlərinin bazar ertəsi və çərşənbə
axşamı ABŞ-yə səfər edəcək.”

Trend xəbər verir
ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı
Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən
bildirib.




“Biz çox maraqlı müzakirələr aparırıq. Bəzi Avropa liderləri
bazar ertəsi və çərşənbə axşamı ayrıca şəkildə ölkəmizə
gələcəklər”, – deyə Tramp qeyd edib.

Bundan başqa, Amerika lideri yaxın günlərdə Rusiya Prezidenti
Vladimir Putinlə telefon danışığının planlaşdırıldığını
vurğulayıb.