Kasper Yulmand “Bayer”in baş məşqçisi ola bilər

Baş səhifə

Bakı. Trend:

53 yaşlı danimarkalı mütəxəssis hazırda Leverkuzen təmsilçisində
baş məşqçi postuna əsas namizəd hesab olunur.

Trend xəbər verir
ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.

Məlumata görə, tərəflər danışıqlarda irəliləyiş əldə ediblər və
Yulmandın təyinatı gələn həftə rəsmiləşə bilər. Gözlənilməz hal baş
verməsə, o, “Bayer”in yeni baş məşqçisi olacaq.




Qeyd edək ki, Yulmand ən çox Danimarka millisində (2020–2024)
çalışdığı dövrdə tanınıb. Onun rəhbərliyi altında komanda
Avro-2020-nin yarımfinalına yüksəlib. O, həmçinin iki dəfə
“Nordsyelland” klubunu çalışdırıb və “Maynts”da da məşqçi olub.

Xatırladaq ki, daha əvvəl “Bayer”də baş məşqçi postuna Xavi,
Raul, Ange Postecoglou və Tiago Motta kimi adlar da namizəd kimi
göstərilirdi.