
Bakı. Trend:
Bu gün futbol üzrə 2026-cı il Dünya Çempionatının seçmə
mərhələsinin 6-cı turunun görüşləri davam edir.
Trend xəbər verir
ki, oyun günündə daha 7 qarşılaşma keçiriləcək.
B qrupunda İsveçrə Sloveniyanı, Kosovo isə İsveçi qəbul edəcək.
C qrupunda Danimarka Yunanıstanın, Şotlandiya isə Belarusun qonağı
olacaq.
Günün diqqət çəkən qarşılaşmalarından biri İsrailin İtaliyanı
qəbul edəcəyi oyun olacaq. Xorvatiya isə Monteneqronu sınağa
çəkəcək. L qrupunun autsayderi olan Farer adaları isə səfərdə
Qibraltar ilə üz-üzə gələcək.
22:45. İsveçrə – Sloveniya
22:45. Kosovo – İsveç
22:45. Yunanıstan – Danimarka
22:45. Belarus – Şotlandiya
22:45. İsrail – İtaliya
22:45. Xorvatiya – Monteneqro
22:45. Qibraltar – Farer adaları