SOCAR Şimali Makedoniyanın hibrid qazlaşdırılması layihəsini nəzərdən keçirir (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirləti (SOCAR)Şimali Makedoniyanın
hibrid qazlaşdırılması layihəsini nəzərdən keçirir.

Bunu Trend
SOCAR-ın Balkanlardakı regional ofisinin rəhbəri Murad Heydərov
bildirib.

“Biz Şimali Makedoniyaya qaz tədarükünə başlamışıq. Bu ölkə üçün
hibrid qazlaşdırma layihəsini nəzərdən keçiririk. Bolqarıstan
ərazisindən sıxılmış qazın Şimali Makedoniyaya daşınaraq, ilk
növbədə bəzi sosial obyektlərin qazlaşdırılması üçün istifadə
olunması imkanı mövcuddur. Ümumi götürdükdə, Balkanlarda
fəaliyyətimizin sosial yönümlülüyü kifayət qədər güclüdür. Buna
görə Bolqarıstanın təcrübəsindən yararlana və avtomobil nəqliyyatı
vasitəsilə sıxılmış qazı Bolqarıstandan Şimali Makedoniyaya sosial
müştərilər üçün – tibb müəssisələri, təhsil ocaqları və s. üçün
tədarük edə biləcəyimizi güman edirik”,-deyə o bildirib.




SOCAR Balkan-ın rəhbəri qeyd edib ki, şirkət bu ölkənin enerji
təhlükəsizliyi məsələlərini necə həll etmək istədiyini
araşdırır.

Yəni onlar qaz mənbələrinin şaxələndirilməsi istiqamətində
səylər göstərirlər. Azərbaycan isə Şimali Makedoniya üçün çox
etibarlı tərəfdaşdır. Biz bunu həmin ölkəyə qaz tədarükünə
başladığımız zaman nümayiş etdirdik. Ümumilikdə isə düşünürəm ki,
Şimali Makedoniyada hibrid qazlaşdırma layihəsini gerçəkləşdirmək
və eyni zamanda bu ölkənin bazarına qaz tədarükünü davam etdirmək
imkanımız olacaq”, -deyə M. Heydərov əlavə edib.