Bibiheybətdə istirahət mərkəzində yanğın olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisində yerləşən
istirahət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil
olub.

Bu barədə Trend-ə nazirliyin mətbuat xıdmətindən məlumat
verilib.




Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin
həyata keçirdiyi zəruri və təxisalınmaz tədbirlər sayəsində yanğın
genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi
500 m² olan obyektin yanar konstruksiyaları 350 m² sahədə yanıb.
Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə
olunub.